Yataq, faydalı qazıntı yatağı

geoloji proseslər nəticəsində yer qabığında əmələ gəlmiş sənaye əhəmiyətli təbi mineral xamal yığımı. Neft və qaz laylı və masiv Y.-lar əmələ gətirir. Laylı Y.- larda neft və qaz yığımları xüsusi laylara kolektorlara toplanır. Masiv neft və qaz Y.-ları üstdən az keçirici laylarla örtülmüş keçirici süxurların çıxıntılarını doldurur və struktur, rif erazion çıxıntı Y.-larına bölünür.
Yatağın parametrləri
Yeraltı təmir, quyuların yeraltı təmiri
OBASTAN VİKİ
Yataq
Yataq — sahil çimərliyi olaraq çoxlu sayda canlının toplaşdığı ərazi nəzərdə tutulur. Bu termin bir qayda olaraq sahildə cəm şəkildə toplanmış dəniz məməliləri üçün işlədilir. Sahil yataqları əsasən qulaqlı suitilər tərəfindən təşkil olunur. «Yataq» termini sahildə cəmləşmiş pərayaqlılar üçün işlədilir. Bu yataqları bir necə tipə bölünür: Çoxalma yatağı (rookery) və Subay yatağı (haulout). Birinci tipə daxil olan yataqlarda canlılar çütləşmə və çoxalma dönəmini keçirirlər. İkinci tipə aid yataqlarda isə heyvanlar dincəlirlər. Öz növbəsində bu yataqların yerləşdiyi ərazinin örtüyündən (suxur və ya buzlaq) və heyvanın növündən asılı olaraq tiplərə bölmək mümkündür. Məsələn: dəniz şirləri Mednı adasında gilli, adi suitilər və morjlar müvəqqəti istirahət yerlərini daşlı, şimal dəniz fili Kaliforniya sahillərində qumlu çimərliklərdə yataqlar təşkil edirlər. Bəzi növlər məsələn: Ueddell suitisi öz yataqlarını buz üzərində qurur.
Arxeoloji qazıntı
Arxeoloji qazıntı — arxeoloji qalıqların üzə çıxarılması, işlənməsi və qeydə alınması prosesidir. Tədqiq olan ərazilər qazıntı sahəsi hesab edilir. Bu yerlər tədqiqat zamanı dəyişilə bilər. Arxeoloji qazıntı prosesi bir neçə həftədən bir ilə qədər davam edə bilər. Arxeoloji qazıntı sahədən əldə edilən informasiyanın bərpasını təmin edir. Bu informasiya artefaktları (qədim insanlar tərəfindən hazırlanmış əşyalar), xüsusiyyətləri, ekofaktları (heyvan sümükləri, kömür və s.) və ən əsası arxeoloji konteksti əhatə edir. Qazıntı prosesi başlamazdan əvvəl, arxeoloji qalıqların mövcudluğu və ya olmaması yerə nüfuz edən radar kimi müdaxilə xarakteri daşımayan uzaqdan məlumat əldə etmə yoluyla müəyyən edilə bilər. Sahənin inkişafı buradan əldə edilən məlumatlarla izlənilə bilər, ancaq bir sahənin daha detallı incələməsi üçün mütləq qazıntı aparılmalıdır. Qazıntı zamanı arxeoloqlar tez-tez stratiqrafik qazıntıdan istifadə edərək sahənin fazalarını bir qat çıxarırlar. Bu, materialın zaman qrafikinin bir-birinə uyğun olmasını təmin edir.
Faydalı qazıntılar
Faydalı qazıntılar — insanların təbiətdən əldə edərək, sənayedə və məişətdə effektli istifadə etdiyi kimyəvi maddələr və qiymətli daşlar. Faydalı qazıntı axtarmağın tarixi 12 −15 min il əvvələ qədər uzanır. Yer qabığında 88 kimyəvi element mövcuddur. Bu kütlədə oksigenin payı 47, silisium −27, alüminium −8, dəmir −5, kalsium −5, natrium, maqnezium və kalium 2–2,7 faiz təşkil edir. 4 elementin (titan, fosfor, manqan, hidrogen) payı 1% və digər 76 elementlərin payı cəmi 0,41% -dir. Bu kimyəvi elementlər yer qabığında sərbəst kristallokimyəvi sistem –bərk minerallar yaradır. Minerallar – təbii və süni yaranan dayanıqlı kimyəvi birləşmələrdir. Minerallar birlikdə dağ süxurlarını (dunitləri, piroksenləri, qabbronu, bazaltları, dioritləri, qranatları, qranodioritləri və s.) təşkil edirlər. Dağ süxurlarından daha dərin, maqma ilə əlaqədar olan dunitlər və piroksenlər sayılır ki, onunla almaz, xromit, qızıl, platin, nikel yataqları; qabbroidlərlə — dəmir, nikel titan, vanadium, mis; diorit, qranodioritlərlə — mis, molibden, volfram; qranitlərlə nadir metallar (qalay, volfram, beril, litium, tantal, uran və s.) yataqları əlaqədardır. == Kreyter sxemi == Dünyada sənaye tələbatına görə faydalı qazıntı yataqlarının "Kreyter sxemi" deyilən bir sxemi qəbul olunub; bu sxem aşağıdakı şəkildədir: mineral yanacaq (kömür, neft, qaz, torf və s.) qara metal filizləri (dəmir, titan, manqan, xrom və s.) əlvan metal filizləri (sink, qurğuşun, qalay, alüminium, civə, sürmə və s.) qiymətli (nəcib) metal filizləri (qızıl, platin, və s.) nadir metal və səpinti elementlər (litium, beril, tantal, sirkonum, stronsium, molibden, volfram və s.) kimya sənayesi üçün filizlər (daş duz, apatit, kükürd, flüorit və s.) sənaye xammalı filizləri (almaz, asbest, talk, muskovit, qrafit, abraziv qranat və s.) flüslər, metallurgiya sənayesi üçün odadavamlı xammal və dulusçuluq istehsalı üçün xammal (əhəngdaşı, dolomitlər, gillər, kvars, çöl şpatı, olivin, kalsit, diatomit və s.) tikinti materialları (but və üzlük daşlar, çınqıl, qravi, qum, gil, əhəngdaşı və s.) qiymətli və zərgərlik daşları (ametist, qranat, kvars, peqmatitlər və s.) içməli və mineral sular.
Faydalı model
Faydalı model — cihazla bağlı ixtiraya bənzər qeyri-maddi əqli hüquqların obyekti (texniki həll). Faydalı modellər üçün patent qabiliyyəti üçün daha az sərt şərtlər, daha qısa müddətlər və ərizəyə baxılması üçün sadələşdirilmiş prosedurlar müəyyən edilir. Bu üstünlüklərin qiyməti qısaldılmış patent müddətidir - 10 il (2014-cü ildən — uzadılma imkanı olmadan). == Avropada == Faydalı modellər Roma-Alman hüquq ailəsinin ştatlarının böyük əksəriyyətində və bəzi kontinental hüquq ştatlarında qorunur (ABŞ və Böyük Britaniyada faydalı modellər üçün heç bir mühafizə yoxdur). Rusiyada olduğu kimi, faydalı modellərə daha az sərt tələblər qoyulur, adətən qeyri-aşkarlıq (ixtiraçılıq mərhələsi, ixtiraçılıq mərhələsi) tələb olunmur. Macarıstan, Almaniya və İspaniyada faydalı modellərə mütləq dünya yeniliyi deyil, nisbi yenilik şərti tətbiq edilir (yəni yeniliyə müəllif hüququndan azadolma nəzərdə tutulur). Nadir hallarda, cihaza əlavə olaraq, bir metod faydalı model kimi qoruna bilər (Ukrayna, Avstriya, Estoniya, Fransa, İrlandiya, Portuqaliya). Faydalı model patentinin ümumi qəbul edilmiş qüvvədə olma müddəti 10 ildir.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Quru yataq
Qışlaq (yataq)
Qışlaq — sığırxana, yataq və yaşayış evlərini özündə birləşdirən müvəqqəti yaşayış məskəni olmuşdur. Adından məlum olduğu kimi qışlaq, əsasən, qış aylarında yaşayış ucun nəzərdə tutulan ərazi, otlaq sahəsi deməkdir. İlin 8-9 ayını qışlıqlarda kecirən Azərbaycanın maldar elatları, əsasən də tərəkəmələr yalnız yay aylarında yaylaqlara qalxırdılar. Qışlaq digər muvəqqəti yaşayış məskəni tiplərindən xeyli daimiliyi ilə fərqlənir və kəndə kecidin son mərhələsi hesab olunurdu. Qışlaq yerinin daimi məskənə-kəndə keçid təşkil etdiyini bəzi kəndlərinin adlarının tərkibində “qışlaq” sözünün işlənməsi də təsdiq edir. Oğuz rayonunun Xaçmazqışlaq, Xalxalqışlaq, Tovuz rayonunun Böyükqışlaq, Laçın rayonunun Köhnəqışlaq, Qışlaq, Qazax rayonunun Köhnəqışlaq, Düzqışlaq, Daşkəsən rayonunun Yayqışlaq, Zəngilan rayonunun Günqışlaq, Qəbələ rayonunun Aydınqışlaq, Goranboy rayonunun Başqışlaq kimi kənd adları buna misal ola bilər. Müvəqqəti yaşayış məskənlərinin daimi məskənə-kəndə keçid təkil etdiyini XIX-XX əsrin əvvələrinin ədəbiyyat materialları da təsdiq edir. Azərbaycan etnoqrafiyası. Üc cilddə. II cild.
Serir (yataq)
Serir və ya Sarir — Liviyadakı nəhəng neft yatağı. 1961-ci ildə kəşf edilmiş, 1966-cı ildə burada istehsala başlanmışdır. Geoloji ehtiyatların həcmi 3,8 milyard ton neft olduğu təxmin edilir. İlkin ehtiyatlar 2000 milyon ton, qalan hasil olunan ehtiyatlar 330–600 milyon ton neft olduğu qiymətləndirilir. Yataqların dərinliyi 2490–2775 m bərabərdir. Neftin sıxlığı 0,84 q/sm3-dir. Neftlilik təbaşir və paleogen dövrünə aid yataqlarla əlaqələndirilir. Yatağın operatoru Liviya milli neft şirkəti olan "National Oil Company"nin 100% törəmə şirkəti olan "Arabian Gulf Oil Company" şirkətidir.
Yataq axını
Yataq axını (rus. русловый поток, ing. stream, course) — ölçülərindən və yaranmasından, axın sürətindən, yerin meyilliyindən asılı olmayaraq bütün su axınlarını çay, dağ axınları, qarın əriməsi və daşqın zamanı əmələgələn qollar, həmçinin kənallar/ birləşdirən termin.
Yataq eroziyası
Yataq eroziyası (rus. русловая эрозия, ing. channel erosion) — əsasən daşqın və sel zamanı çay yatağının (məcrasının) yuyulması. Yataq eroziyası yan və dərinlik eroziyasına ayrılır.
Yataq prosesi
Yataq prosesi (rus. русловый процесс, ing. channel processes) — axının və yatağın qarşılıqlı təsiri altında yatağın və subasarın morfoloji quruluşunun daim dəyişməsi. Yataq proseslərinin öyrənilməsinin hidrotexniki qurğuların, körpülərin layihələşdirilməsi və istismarında, dib dərinləşdirici işlərin yerinə yetirilməsində, gəmiçilikdə, meşə materiallarının daşınması və s. işlərdə böyük əhəmiyyəti vardır.
Asiyanın faydalı qazıntıları
Asiya neft və kondensat, təbii yanar qaz, dəmir filizi, sürmə, qalay, volfram, qurğuşun, sink, uran və barit ehtiyatlarına görə dünyada qabaqcıl yer tutur: həmçinin kömür, molibden, kobalt, civə, gümüş, qızıl, tantal, beril, xrom, manqan, mis, fosfot filizləri, boksitlər, kalium duzları və s. faydalı qazıntılarla da zəngindir. Asiyada Qərbi Sibir platformasının örtük suxurlarında dünyanın ən böyük qaz (Rusiya) və Fars körfəzi rayonunda (Səudiyyə Ərəbistanı, Küveyt, İraq və s.) Kaynozoy yaşlı kənar çökəklərdə neft yataqları mövcuddur. Neft və qaz Sibir və Turan platformalarında (Rusiya, Qazaxıstan, Türkmənistan), dağarası çökəkliklərda və mütəhərrik qurşaqlardakı kembriyəqədərki massivlərin örtüklərində (Rusiyanın Saxalin adası, Azərbaycan, Özbəkistan, Çinin şimal-şərq və qərb rayonları, Pakistan, Hindistan, Bruney) və Rusiya, Azərbaycan, Çin və Vyetnamın şelflərində hasil edilir.. Daş kömürün zəngin yataqları Rusiyada Sibir platformasının Paleozoy çöküntülərində (Tunquska hövzəsi) və onu cənubdan əhatə edən qırışıqlıq sahələrində (Kuzbas, Minusa hövzəsi və s.) cəmlənmişdir. Mezozoy və Kaynozoy kömürləri Rusiyada (Sibir, Uzaq Şərq), Vyetnamda və Çinin bir sıra rayonlarında hasil olunur. Ən müxtəlif və zəngin filizləşmə materikin qədim fəal kənarları və adalar qövslərinin vulkanik-plutonik qurşaqları ilə assosiasiya təşkil edir. Bunu Rusiyada Zabaykalye və Şimal-Şərq) qalay, qızıl, uran,; Qazaxıstan və Rusiyada dəmir filizi, mis, polimetallar və qızıl; Özbəkistan, Qırğızıstan və Tacikistanda sürmə-civə və qızıl; Türkiyə, Azərbaycan, Gürcüstan, İran, Ermənistan və Monqolustanda mis-molibden, polimetallar; Asiyanın cənub-şərqində (Myanma, Tailand, Malayziya, İndoneziya) qalay-volfram yataqlarının timsalında görmək olar. Rusiya, Türkiyə, Vyetnam, Şərqi İndoneziyada xromit, nikel (aşınma qabığında), asbest yataqları mütəhərrik qurşaqların ofiolitləri ilə, Rusiyada iri qızıl və platin yataqları, Yaponiya, İndoneziya və Filippində mis, polimetal, qızıl və gümüş yataqları Kaynozoy yaşlı adalar qövsü və aktiv materik kənarları kompleksləri ilə əlaqədardır. Rusiyada misin və muskovitin, Hindistanda dəmir filizinin nadir yataqları qədim platformaların özülündə aşkar edilmişdir.
Azərbaycanın faydalı qazıntıları
Faydalı Qazıntılar (1981)
Kosovoda faydalı qazıntılar
Kosovo faydalı qazıntılar baxımından zəngin bir ölkədir. 1980-ci illərə qədər Kosovoda ağır sənaye inkişaf etmişdi. Belə ki, çoxsaylı mədən ocaqlarına əlavə olaraq, xammal emalı zavodları da var idi. Slobadan Miloçeviçin hakimiyyəti dönəmində sənayeyə demək olar investisiya qoyulmamış, Kosovo müharibəsi isə təsərrüfat sahələrinə ağır zərbələr vurmuşdur. İndiyə qədər qeyri-müəyyən hüquqi vəziyyətə görə istehsalda nəzərəçarpacaq dərəcədə bərpa yoxdur. Bircə qonur kömür hasilatında yerli tələbatla əlaqədar olaraq artım vardır. Birləşmiş Millətlər Təşçkilatının hesabatına görə hasilat sahəsinin dirçəldilməsi 35 000 yeni iş yerinin açılmasına səbəb ola bilərdi. Malik olduğu xammalla Kosovo özünü hələ 1000 il belə təmin edə bilər (indiki tələbatla). Kosovoda əsasən qurğuşun, sink, nikel və qonur kömür kimi faydalı qazıntılar vardır. Bununla yanaşı ölkədən Gümüş, Qızıl, Kobalt, Alüminium, Kadmium, Dəmir, Maqnezit və Xrom da çıxarılır.
Rusiyada faydalı qazıntılar
Rusiya Federasiyasında müstəsna xammal və yanacaq-enerji ehtiyatları cəmləşmişdir. Xüsusilə də: neft, təbii qaz, kömür, kalium duzları, nikel, qalay, alüminium xammal, volfram, qızıl, platin, asbest, qrafit, slyuda və digər mineralların böyük yataqları. Rusiyada bir çox mineral yataqları aşkar edilmişdir. Yerin boşluğunda çoxlu sayda neft, təbii qaz, kömür, qara, əlvan, nadir və nəcib metalların filizləri, nadir torpaq elementləri, dağ-mədən və kimyəvi qeyri-metal texniki xammal, qiymətli və bəzək daşları və mineral materiallar aşkar edilərək tədqiq edilmişdir. Bununla yanaşı, Rusiyanın mineral ehtiyatlarının həqiqi kəmiyyət qiymətləndirilməsi çətindir, çünki fərqli mənbələrdə fərqli məlumatlar verilir, bu da bəzi hallarda əhəmiyyətli dərəcədə fərqlənir. Qriqori Boyarko Rusiya Federasiyasının dünya ehtiyatlarında payını belə qiymətləndirir: neft — 10–12%, qaz — 32%, kömür — 11%, dəmir — 25%, nikel — 33%, qurğuşun — 10%, sink — 15%, kalium duzları — 31%. Rusiya nikel, qızıl, gümüş, platinoidlər, brilyant və bir sıra digər faydalı qazıntıların tədqiq olunan ehtiyatlarında lider mövqe tutur. Rusiya Federasiyasının ümumi mineral ehtiyatları (2001) 28.000 milyard dollar səviyyəsində qiymətləndirilir ki, bunun da 32,2% -i qazdır; kömür və şifer — 23,3%, yağ — 15,7%; metal olmayan minerallar — 14,7%. Ən optimal inkişaf ssenarisi altında Rusiya ərazilərindəki mineralların endirim dəyəri 4,214 milyard dollar (dünyanın 14,2% -i), geniş ssenari ilə — 1.253 milyard dollar (4.2%) təşkil edir. Rusiya Federasiyasının bağırsaqlarında güzəştli mineralların əsas hissəsi təbii qaz və neftdən, ardınca kömür, çox sayda tikinti materialları, brilyant, nikel, dəmir filizi və palladiumdan ibarətdir.
Yakutiyada faydalı qazıntılar
Yakutiyada faydalı qazıntılar — Yakutiya Respublikası (Saxa) faydalı qazıntıların çeşidi, miqdarı və keyfiyyəti baxımından bənzərsiz bir ərazidir. Burada 58 növ faydalı qazıntıların 1823 yatağı rəsmi qeydiyyata alınmışdır. Bunları ən əsası almaz (Rusiyanın ehtiyatlarının 82% -i), stibium (82%), uran (% 61) yataqlarıdır. Həmçinin Rusiyanın Şərqi Sibir və Uzaq Şərqdə tədqiq edilmiş kömür ehtiyatlarının 47%-i, təbii qaz və neftin 35%-i Yakutiyanın payına düşür. Bununla belə 16 mindən çox potensial faydalı qazıntı yatağı zəif tədqiq edilmiş olaraq qalır. Yakutiya stibiumunun əsas ehtiyatları Adıyça-Tarın filiz zonasında cəmlənmişdir. Rəsmi olaraq respublikada 7 stibium yatağı qeydiyyata alınmışdır və stibium da bəzi qızıl yataqlarının əlaqəli bir hissəsidir. Sarılax və Sentaçan yataqları filizin həcmi və konsentrasiyası baxımından unikaldır. Yakutiya bu elementin Rusiyada istehsalının 100% -ni təmin edir. Saxa almaz ehtiyatları Yakut almaz vilayətində cəmlənmişdir.
Mexaniki çökmə yataq
Mexaniki çökmə yataq — tərkibində faydalı qazıntılar olan süxurların mexaniki aşınması və hissəciklərin su axınları ilə daşınıb sonradan çökməsi nəticəsində əmələ gələn ilkin çökmə yataq. Daşınma prosesində hissəciklərin formasından, ölçüsündən, sıxlığından, davamlılığından və daşıyıcı mühitin sürətindən asılı olaraq mexaniki diferensiasiya baş verir. Mexaniki çökmə yataq tikinti materialları (çaqıl, qum, gil) yataqları, nəcib və nadir metal, almaz, qiymətli daşlar, səpinti yataqlar, habelə köklü yataqların yuyularaq yenidən çökməsi nəticəsində yaranan fosforit, kaolinit, dəmir, manqan və b. filiz yataqları aiddir. Çökmə yataqlar Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Qum dəniz (yataq)
Qum dəniz yatağı Bakı şəhərindən cənub-şərq istiqamətdə 21 km məsafədə dənizdə yerləşən neft-qaz yatağıdır. "Qum dəniz" neft yatağı 1955-ci ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı və Qala lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinə 491 quyu qazılmışdır. Yatağın ərazisi 145 km²-dir. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 28 993 min ton olmuşdur.
Yastıq (yataq dəsti)
Yataq otağında fəlsəfə
Yataq otağında fəlsəfə — Markiz de Sadın 1971-ci ildə nəşr olunan kitabı. O yazır: "Əxlaqsız qadınlar, şəhvətli Sen-Anj sizin nümunəniz olsun; onun nümunəsindən sonra bütün həyatı boyu zəncirləndiyi həzzin ilahi qanunlarına zidd olan hər şeydən xəbəriniz olsun". Sonra o, "gənc qızları" Eugénie'yi kopyalamağa çağırır; "Axmaq valideynlərin sizə aşıladığı bütün o gülünc hökmləri rədd etməyi bacarın". Nəhayət, o, kişi oxucuları "kinik Dolmanseni öyrənməyə" çağırır və onun eqoizmi və diqqətini öz zövqündən başqa bir şey üçün nümunə olacağını göstərir.
Dəniz yatağı
Okean yatağı (rus. ложе океана, ing. floor of ocean, sea floor) — yerin nəhəng relyef elementlərindən biri. Yer səthinin ən aşağı səviyyəsini/ dərinliyi 6–7 min metrə qədər/ təşkil edib, materik yamacı ilə orta okean silsiləsi arasında yerləşir. Okean tipli yer qabığına malik olması ilə səciyyələnir. == Həmçinin bax == Laxar brekçiyaları Nohur Xionosfer == Geomorofloji termin == Okean dibi — (rus. дно океанское, ing. ocean bottom) litosferin Dünya okeanı suları ilə örtülmüş səthi; qitələr vasitəsilə iri okean çökəklərinə bölünür. Sonuncuların hüdudlarında Yerin dörd çox böyük relyef elementi (geotekturu) ayrılır: qitə dayazlığı, keçid zona (qitədən okeana), okean yatağı və aralıq okean sıra dağları. Qitə dayazlığı və qitə yamacı çox vaxt vahid sualtı qitə kənarı geotekturunda birləşdirilir.
Filizçay yatağı
Filizçay yatağı — kolçedan-polimetal filizlərinin sənaye ehtiyatlarına görə Avropada ikinci yataq sayılır. Hazırda Azərbaycan Respublikasının kolçedan-polimetal filizləri ehtiyatılarının 90%-i Böyük Qafqazın cənub yamacında yerləşən Balakən-Zaqatala filiz rayonunda cəmlənmişdir. Ən iri Filizçay yatağın­dan başqa, burada daha kiçik yataqlar olan Kasdağ, Katex, Saqator, Qarabçay və Mazımçay kolçedan-polimetal yataqlarını, həmçinin Gumbul­çay-Çeder kolçe­dan-mis-polimetal filiz təzahürləri qrupunu göstərmək olar ki, bunların tərkibi əsasən pirit, sfalerit, qalenit, xalkopirit, pirrotin, ikinci dərəcəli metallardan – arsenopirit, kobaltin, müxtəlif metal sulfoduzları və s. ilə təmsil olunmuşdur. Əsas faydalı komponentlər mis, sink, qurğuşun, gümüş, kükürd, müşayiət kom­po­nentləri isə qızıl, vismut, kobalt, kadmium, selen, tellur, indiumla təmsil olun­muşlar. Filizçay yatağının sənaye ehtiyatları əsasında xammal təminatı 50 ildən çox dövrə yetəcək yüksəkgəlirli mədən-metallurgiya kompleksini yaratmaq olar. == Mənbə == Azərbaycan Respublikasının geoloji irsi. Bakı: Nafta-Press, 2013.
Gədəbəy yatağı
Gədəbəy yatağı — Azərbaycanın Gədəbəy rayonu ərazisində dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır. == Tarixi == Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır. Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company — AIMC) tərəfindən bərpa olundu. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədilə "heap leach" tipli zavod quruldu. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında olmuşdur. == Hasilatın Pay Bölgüsü == Yatağın qızıl ehtiyatı təxmini hesablamalara görə 22 000 t. dur.
Naxçıvan yatağı
Naxçıvan yatağı — Azərbaycanda, Xəzər dənizində neft və qaz yatağıdır. Bakıdan 90 km (56 mil) cənubda, 400–600 metr (1.300–2.000 ft) dərinlikdə yerləşir. Naxçıvan yatağı 1960-cı ildə aşkar edilmişdir. 1994-cü ildə qazma işlərinə hazırlanmışdır. 1997-ci ildə ExxonMobil və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yatağın kəşfiyyatı ilə bağlı müqavilə imzalamışlar, lakin bu müqavilə əhəmiyyətli ehtiyatların olmaması səbəbindən sonradan dayandırılmışdır. 2010-cu il mart ayının 10-da Almaniyanın RWE Dea neft şirkəti ARDNŞ ilə bu sahəni inkişaf etdirmək üçün memorandum imzalamışdır. İlkin proqnozlara görə, Naxçıvan ərazisində 300 milyard kubmetr təbii qaz və 40 milyon ton təbii qaz kondensatını ehtiyatı ola bilər.